“Şamaxı” “Kəpəz”ə qalib gəldibackend

“Şamaxı” “Kəpəz”ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

KONKRET.az xəbər verir ki, son günün ilk oyununda “Şamaxı” “Kəpəz”i qəbul edib.

Üç qolluq bu qarşılaşma meydan sahiblərinin xeyrinə yekunlaşıb.

Turun qapanış matçında isə “Zirə” “Sumqayıt”ı sınağa çəkəcək.

Daha öncə keçirilmiş “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında heç-heçə (1:1) qeydə alınıb, “Sabah” “Səbail”ə (3:2), “Qarabağ” “Neftçi”yə (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
31-ci tur
20 aprel

“Şamaxı” – “Kəpəz” 2:1
Qollar: Alfons Msanqa, 27. Brahim Konate, 67 – Luis Paçu, 35.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov .
Şamaxı şəhər stadionu, 16:30.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*