Şamaxıda torpaq sürüşməsi baş verdibackend

Şamaxıda torpaq sürüşməsi baş verdi

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda qeydə alınıb.

Sürüşmə nəticəsində yolda 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib, nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Həmçinin yolun asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.

Yerli sakinlər bildiriblər ki, ərazidə torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.

Sürüşmə zonası xüsusi xəbərdarlıq nişanları ilə işarələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*