Samsung şirkəti rusların ağıllı televizorlarını bloklamağa başladıbackend

Samsung şirkəti rusların ağıllı televizorlarını bloklamağa başladı

Samsung televizorlarına sahib olan “Tjournal” nəşrinin rusiyalı oxucuları Smart-funksiyalı cihazların kilidlənməsi barədə şikayətləniblər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, belə ki, onlardan biri cihazda tətbiqetmələrin başlamadığını və TV-nin bu bölgədə tam işləmədiyini deyib.

İstifadəçinin sözlərinə görə, cihazı satın aldıqdan sonra Samsung veb saytında qeydiyyatdan keçib.

Öz növbəsində Samsung Electronics şirkətinin rəsmi açıqlamasında deyilir ki, şirkətin Rusiyadakı bəzi televizorları ölkədə istifadəyə sertifikat verilməməsi səbəbindən bağlanıb.

Bunların Avrasiya İqtisadi Birliyinin (EAEU) texniki qaydalarına uyğunluq sertifikatları olduğu ifadə edilir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*