Sankt-Peterburqda Qırğızıstan vətəndaşı həbs olundu – Putinə görəbackend

Sankt-Peterburqda Qırğızıstan vətəndaşı həbs olundu – Putinə görə

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Sankt-Peterburqda Qırğızıstan vətəndaşı Rusiya prezidentinə sui-qəsd çağırışı ilə binalarda şəkil çəkməkdə ittiham olunaraq həbs edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb. Hazırda Qırğızıstanın RF-dəki səfirliyi hadisənin təfərrüatlarını aydınlaşdırır. 22 yaşlı Məhəmmədaziz İşmatova “vandalizm” və “terror fəaliyyətinin həyata keçirilməsinə açıq çağırışlar” maddələri ilə ittiham irəli sürülüb. Məlumdur ki, təsvirin altında “Görsən, öldür” yazısı olub. Sankt-Peterburqda altı binaya oxşar rəsmlər çəkilib. İşmatov günahını hələ də boynuna almayıb. Oktyabr rayon məhkəməsinin qərarına əsasən, gənc mart ayının 27-dək həbsdə olacaq. İstintaq işində Qırğızıstanın digər vətəndaşı Parpiyevin də adı hallanır.

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*