Saray qəsəbəsində şəhidlərin xatirəsi ƏBƏDİLƏŞDİRİLDİ – FOTOLARbackend

Saray qəsəbəsində şəhidlərin xatirəsi ƏBƏDİLƏŞDİRİLDİ - FOTOLAR

Onlar sadə xalqın nümayəndələri, xalqımızın görünməyən qəhrəmanlarıdır. Onlar bu yola, bu müqəddəs işə nə çox vəsaitlə nədə hansısa qurumun dəstəyi ilə başlayıb. 6 dost xalqımızın hər qeyrətli oğlu kimi,sadəcə əllərindən gəldiyi qədər şəhidlərimizin əziz xatirəsini yaşatmağa çalışıblar.

KONKRET.az xəbər verir ki, bu işdə onlara özləri kimi siravi vətəndəşlar kömək edib.

Bu birlik nəticəsində onlar Abşeron rayonunun Saray qəsəbəsində 1-ci və 2-ci Qarbağ şəhidlərinin, aprel döyüşləri şəhidlərinin və iyul hadisəsi şəhidlərinin əziz xatirəsinə bulaq və şəhidlərimizin şəkilləri əks olunan löhvə inşa edərək onların xatirəsini əbədiləşdiriblər.

Bu işə öndərlik edən 6 dost Cəlal Həsənov, Ülvi Xəmməmədov, Nicat Həsənov, Gündüz Abbasov, Güləli İbayev, Elçin İbayev və bu məhəllənin nümayəndələri bu örnək iş üçün aylarla çalışıb kiçik büdcələri ilə böyük iş ərsəyə gətriblər. 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr gün bu kiçik parkın açlışı oldu.

Açlışda şəhid ailələri,qazilər,ictimai birlik rəhbərləri, Abşeron rayon icra hakimiyyətinin nümayəndəsi, Milli Qeyri Hökümət Təşkilatları Formunun prezidenti Rauf Zeyni və qəsəbə sakiləri iştirak etdi.

Tədbiri şəhid Mayor Vüsal Vəliyevin qardaşı,gənc alim Elyar İslamoğlu, şəhid Mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, “İnkşafa və islahatlara dəstək “İctimai Birliyin sədri və “Öndər.tv” internet televiziyyasının təsiscisi Ramil Əliyev təşkil etdilər.

Bu möhtəbər tədbirin aparıcılıq işini Elyar İslamoğlu öz üzərinə götürdü. Açlış Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Daha sonra şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Şəhid General Polad Həşimovun qardaşı İlham Həşimov tədbiri öz çıxışı ilə davam etdirdi. Açlışda iştirak edən məktəblilər öz şeirləri ilə iştirakçılara duyğu dolu anlar yaşatdılar. Şəhid ailələri qazilər və tədbir iştirakçıları öz çıxışlarında bulağı ərsəyə gətirənlərə öz minnətdarlıqlarını bildirdilər.

Daha sonra şəhidlərin şəkilləri olan löhvənin qarşısına gül dəstələri düzüldü,şəhidlərimizin ruhlarına dualar oxundu. Sonda Azərbaycanın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin adına ehsan süfrəsi açıldı. Bu təşəbbüsu alqışlayır,örnək davranışları üçün Saray qəsəbəsi sakinlərinə bizdə Öndər.tv komandası və “İnkşafa və islahatlara dəstək”İctimai birliyi olaraq təşəkkür edir vətənimizdə belə təşəbbüslərin davam etməsini diləyirik…

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*