2008-ci ilin 1 mart hadisələrində baş vermiş ölümlərə görə axtarışda olan Ermənistan İstintaq Komitəsi rəhbərinin keçmiş müavini Vaan Arutyunyan Moskvada həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda Arutyunyanın Ermənistana ekstradisiyası məsələsi həll edilir.
Qeyd edək ki, 2008-ci ildə Ermənistanda prezident seçkilərindən sonra bir sıra etiraz aksiyaları keçirilib. Etirazçılarla hüquq-mühafizə orqanları arasında baş verən qarşıdurmalar zamanı səkkiz nümayişçi və iki polis atışma nəticəsində öldürülüb.
