Sarkisyan: “Bayden Ermənistana real təhlükəsizlik zəmanəti verə bilməz”backend

Sarkisyan: "Bayden Ermənistana real təhlükəsizlik zəmanəti verə bilməz"

“Əlbəttə, Amerikanın son dövrlərdəki fəaliyyəti mühüm və təqdirəlayiqdir. Bakıya göndərilən mesajlar da önəmlidir. Mən özüm bir neçə həftə əvvəl Vaşinqtonda idim və anlamağa çalışırdım ki, görək ABŞ-ın bizim üçün strategiyası varmı, yoxsa o, problemləri həll edə bilməyəcək”.

KONKRET.az xəbər verir ki, politoloq Suren Sarkisyan bu sözləri özünün facebook səhifəsində yazıb.

O fikrini belə davam etdirib:

“Ağrı ilə qeyd etmək lazımdır ki, Bayden administrasiyası 907-ci qətnamədən yan keçməmək qərarını (və yalnız bu il) Qarabağ əldən gedəndən sonra qəbul edir.

ABŞ-ın Ermənistandan zorla dəhlizin açılmasına icazə verməyəcəyi ilə bağlı bəyanatları mənə ənandırıcı görünmür. Son 30 il ərzində demək olar ki, bütün ABŞ prezidentləri Təhlükəsizlik Şurasının digər həmsədrləri ilə bəyanatlar imzalayıblar ki, Dağlıq Qarabağ probleminin həlli prosesində gücdən istifadə etmək olmaz. Bu, bir faktdır ki, məhz belə olub və bir neçə epizodda beynəlxalq ictimaiyyət tərəflərə edilən müraciətlərlə kifayətlənib.

Bütün bunlar mənə güman etməyə imkan verir ki, seçkilər ərəfəsində olan və kifayət qədər aşağı reytinqə malik olan Bayden administrasiyasının niyyəti ya Azərbaycana güclü təzyiq göstərmək deyil, ya da ona təzyiq göstərmək üçün müvafiq alətlərə malik deyil. Ermənistana real təhlükəsizlik təminatları vermək lazımdır. Burada yeni konseptual yanaşmalara ehtiyac var”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*