Şarmazanov: “Bunların məqsədi Ermənistanı türklərin itaətinə verməkdir”backend

Şarmazanov: “Bunların məqsədi Ermənistanı türklərin itaətinə verməkdir

Təslim olan rejim Ərdoğanla görüşə başlamaqla Ermənistanı türkləşdirmək prosesinə başlayır.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Eduard Şarmazanov özünün facebook səhifəsində yazıb. O daha sonra deyib:

“Başa düşmürəm, bunların məqsədi nədir? “Erməni soyqırımı”nın tanınmasını gündəmdən silməkmi? Bəli, biz əvvəl qalib mövqedən çıxış edirdik, Şuşa və Hadrut ermənilərdə idi. Hətta Sürixdə Ermənistan Davudoğluna Azərbaycanı dəstəkləyən bir söz belə deməsinə icazə verməmişdi. Amma indi kapitulyatorlar türklərin xoşuna gəlməyə çalışırlar. Bizə məğlubiyyət gətirənlər yerlərini qorumaq üçün sonsuz güzəştlərə gedirlər. Fəlakətli bir məğlubiyyətdən sonra anti-milli rejim xarici siyasətin vektorunun dəyişməsini və türklərə “itaət etməyi” təmin edərək “inqilabın” son mərhələsinə başlayır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*