backend

“Saudi Aramco” səhmlərini satır - Bu gündən birjadadır

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” bu gün ilk dəfə səhmlərinin bir hissəsini birjada yerləşdirəcəyini açıqlayıb.

KONKRET.AZ xəbər verir ki, “France-Presse” agentliyi “Saudi Aramco”nun səhmlərinin 5 faizini satacağı barədə məlumat yayıb.

Səhm satışının dekabrın ortalarında başlayacağı gözlənilir. Öncə “Saudi Aramco”nun səhmlərinin 2 faizini ölkə daxilində –“Tadawul Saudi” birjasında satışa çıxaracağı proqnozlaşdırılır. Növbəti ildə səhmlərin 3 faizi xarici birjada satılacaq. Həmin xarici birja hələlik müəyyənləşdirilməyib.

Ümumilikdə hazırda birja dəyəri 1,7 trilyon dollar proqnozlaşdırılan “Saudi Aramco”nun 5 faiz səhm satışından 100 milyard dollar əldə edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*