“Savaş bitməyib” – Diplomatiya sahəsində ikinci cəbhə açılıbbackend

"Savaş bitməyib" - Diplomatiya sahəsində ikinci cəbhə açılıb

“Reallıq budur ki, 44 günlük müharibədə Azərbaycan Ordusu və Prezidenti dünya arenasında öz sözünü dedi”.

Bu sözləri Zəfər həftəsi ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, bu uğurdan narahat olan düşmən və onu  müdafiə edən xarici qüvvələr də Azərbaycanın gücünü gördü: “Cənab prezidentin hər zaman xarici siyasətinin əsası Dağlıq Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmaq olub.  Əgər  bu gün münaqişədə Azərbaycanı dəstəkləyən dövlətlər varsa, bu, ölkə başçısının siyasətinin uğurudur”.

Deputat vurğulayıb ki, xalqımız öz prezidenti haqqında fəxarət hissi ilə danışır: “Cənab prezident çıxışları ilə xalqının qürur mənbəyinə çevrildi. Bu gün dünyanın bütün nöqtəsində olan hər bir azərbaycanlı bu qürurun daşıyıcısına çevrilib.  Biz dünyaya haqlı olduğumuzu çatdırdıq.

Hazırda Azərbaycan tək cəbhədə deyil, diplomatiya meydanında da irəli gedir. Ermənistan baş naziri beynəlxalq arenada da məğlub olduğunu çox yaxşı bilir. İndi zaman göstərdi ki, arxasında başqa güclər olmadan Ermənistan bir heçdir.

Ordumuz öz gücü ilə tarix yazdı, indisə müharibənin siyasi arenada ordusu tək cənab prezidentdir. Ölkə başçısı necə ki, müharibə vaxtı xalqımızı layiqincə təmsil etdi,  post müharibə dövründə də cəbhəsini tərk etməyən Ali Baş Komandan mübarizə aparır”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*