İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda “Hizbullah”ın “Bədr” bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Alaanini öldürdüyünü açıqlayıb.
KONKRET.az xəbər verir ki, SAXAL bunu İsrail hərbçilərinə qarşı son hücuma cavab olaraq həyata keçirilən əməliyyatla əlaqələndirib.
İsrail tərəfi Alaaninin təhlükəsizlik zonasında fəaliyyət göstərən SAXAL qüvvələrinə qarşı çoxsaylı hücumların təşkilində iştirak etdiyini bildirib. Onun həmçinin Livanın cənubunda İsrail hərbçilərinin mövqelərinə partlayıcı maddələrlə yüklənmiş pilotsuz uçuş aparatlarının buraxılmasının təşkilinə cəlb olunduğu qeyd edilib.
Günay Əli
KONKRET.az
