Ekspertlər saxta “Apple” qulaqlıqlarının təhlükəli olmasını açıqlayıblar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat Fransanın “60 million consumers” nəşrinin saytında dərc edilib.
Saxta “AirPods Pro” qulaqlıqlarının əsas təhlükəsi kimi qarniturun səs ucalığının yüksək olması göstərilir. Çin mağazasında sifariş edilən simsiz qulaqlıqda jurnalistlər tərəfindən səs ucalığı 10 desibel səviyyəsində qeydə alınıb ki, bu da tövsiyə edilən limitdən 10 desibel çoxdur. Nəşr nümayəndələrinin fikrincə, müəyyən müddətdən sonra qulaqlıq eşitmə qabiliyyətinin pozulmasına səbəb ola bilər.
Test çərçivəsində “60 million consumers” nəşri dördü rəsmi satıcı tərəfindən çatdırılan yeddi cüt qulaqlıq sifariş edib. Bununla yanaşı, alınan dörd cütün biri işlək vəziyyətdə olmayıb. Jurnalistlər saxta qurğuların xarici görünüşünə görə orijinala çox bənzəməsinə diqqət yetiriblər. Bundan əlavə, aksesuarlara orijinal “AirPods” qulaqlıqlarının çiplərinin quraşdırılması səbəbindən “iPhone” smartfonu saxta qarniturları səhvən orijinal qarniturlar kimi müəyyənləşdirib.
Jurnalistlərin qiymətləndirməsinə görə, bazarda saxta qulaqlıqların başlanğıc qiyməti 65 avro təşkil etdiyi halda Fransa və Avropada orijinal “AirPods Pro” qulaqlığının qiyməti 279 avroya bərabərdir.
