backend

Seçkilər günü ölən müşahidəçi ilə bağlı VİDEO yayıldı

101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan İsrafilovun övladı müraciətində atasının seçki dairəsində hansısa təzyiqlərə məruz qalmadığını deyib.

KONKRET.AZ xəbər veirr ki, Göygöl rayonunda vəfat edən Sübhan İsrafilovun oğlu Samir İsrafilov qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Mən – İsrafilov Samir Sübhan oğlu sosial şəbəkələrdə yayılan artıq və əskik məlumatlarla əlaqədar sizə müraciət edirəm. Mənim atam hansısa seçki dairələrində heç bir təzyiqə məruz qalmayıb. O, uzun müddət ürək xəstəliyindən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar koronaroqrafiya (anju) əməliyyatı olunub. Ötən gün də xəstəliyi ilə əlaqədar infarkt keçirərək vəfat edib. Xahiş edirəm ki, bunu siyasi oyunlara çevirməyin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*