Xəbər verdiyimiz kimi Ukraynada bir qrup azərbaycanlı hücuma məruz qalıb.
Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə azərbaycanlıların döyülməsi faktını nəzarətə götürüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bununla bağlı müvafiq tapşırıq verib.
Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı, konsul və diaspor nümayəndələri xəstəxanadakı yaralılara baş çəkiblər.
Eyni zamanda onlar Ukrayna hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə görüşərək araşdırmanın gedişatını nəzarətə götürüblər./report
