“Şəhid ailələrinə və qazilərimizə qayğının yeni mərhələsi başlayır”  – DEPUTATbackend

"Şəhid ailələrinə və qazilərimizə qayğının yeni mərhələsi başlayır" - DEPUTAT

“Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların qayğısı həmişə cənab prezidentin və dövlətimizin diqqətində olub”.

Bunu KONKRET.az-a açıqlamasında  Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, Birinci Qarabağ və Vətən müharibəsinin qazilərinə və şəhid ailələrinə dövlətimizin və cəmiyyətimizin xüsusi qayğısı olub: “Şəhid ailələrinə 20-yə yaxın adda imtiyaz və güzəşt şamil olunub. 15-ə yaxın imtiyaz da Qarabağ müharibəsi əlillərinə şamil olunub. Pensiya, təqaüd və müavinətdən əlavə hər bir şəraitlə təmin olunan evlərin verilməsi, ehtiyacı olanlara avtomobillərin verilməsi, pulsuz tibbi yardımların edilməsi, dövlət tərəfindən reabilitasiya, sanotoriya-kurorta göndərilməsi, övladlarının dövlət vəsaiti hesabına oxuması, güzəştli şərtlərlə torpaqların alınması, ipoteka kreditlərindən yararlanma kimi istiqamətlərdə yardımlar edilir”.

Deputat vurğulayıb ki, cənab prezidentin “YAŞAT” Fondunun yaraqdılması ilə bağlı fərmanı da bu istiqamətdə görülən tədbirlərin davamıdır: “Digər tərəfdən bu fondun yaradılması vətəndaş cəmiyyəti üzvlərini, iş adamlarını, sahibkarları və fiziki şəxsləri bu insanlara öz yardımlarını etmək üçün münbit şərait yaradır. Azərbaycandan kənarda yaşayan, dövlətini sevən, uğurlarını sevən hər kəs fond vasitəsilə bu qəbildən olan insanlara öz köməyini əsirgəmiyə bilər. Bu fondun sərəncamının ASAN Xidmətə verilməsi də o şəxslərə görüləcək xidmətin yüksək səviyyədə olacağını bir daha sübut edir. “YAŞAT” Fondunun yaradılması bu insanların cəmiyyətdə nüfuzunun artırılmasına səbəb olacaq. Burada QHT-lər və könüllülər də yardımların o ailələrə çatdırılması və digər məşiət xidmətlərinin görülməsində fəal iştirak edə bilər. Bütövlükdə bu fərman bir daha onu göstərir ki, Azərbaycan dövləti öz şəhidinin, qazisinin, veteranın və yaralısının həmişə qayğsına qalıb, bundan sonra da qalacaq. Şəhid ailələri və qazilər cəmiyyətin ən hörmətli üzvləri kimi təbliğ olunmaldır. Bütün tədbirlərdə onlar öndə oturmalı, xüsusi diqqət və qayğı ilə əhatə olunmalıdırlar. Bu həm də gələcək nəslin vətənpərvər ruhda böyüməsi üçün əhəmiyyətlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*