Şəhid atası dünyasını dəyişdi – FOTObackend

Şəhid atası dünyasını dəyişdi - FOTO

Vətən müharibəsində qəhrəmancasına şəhid olan kapitan Nəcəf Şikarovun atası Şikar Şikarov dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, Qarabağ qazisi, polkovnik – leytenant Şikar Şikarov Vətən üçün  sağlamlığından və qanından keçib. O, 1- ci Qarabağ müharibəsində ağır yaralanmağına baxmayaraq şəxsi heyəti təhlükəsiz yerə çıxarana qədər yaralı halda döyüşdən çıxmayıb.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Şikar Şikarovun oğlu,  Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov da atasının keçdiyi yolu özünə örnək seçib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. 02.11.2020-ci ildə yaralanıb. Yenidən döyüş mövqeyinə qayıdıb. 09.11.2020-ci ildə Xocavənd-Laçın döyüşlərində düşmənin bir neçə ağır texnikasını məhv edərək, erməni postunu ələ keçirib, erməni postunda düşmənlə əlbəyaxa döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*