Şəhid baş leytenant Rəşad Mahmudov… – FOTObackend

Şəhid baş leytenant Rəşad Mahmudov... - FOTO

Bu gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşdə baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

KONKRET.az xəbər verir ki, Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Qeyd edək ki, şəhid baş leytenant Rəşad Mahmudov 1992-ci ildə doğulub. Biləsuvar rayonundandır.

Allah rəhmət eləsin!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*