“Şəhid dəfnlərində dini şüarlar səsləndirənlərlə bağlı araşdırmalar aparılır” – DİNbackend

"Şəhid dəfnlərində dini şüarlar səsləndirənlərlə bağlı araşdırmalar aparılır" - DİN

Bir sıra sosial şəbəkə istifadəçiləri öz səhifələrində postlar paylaşaraq şəhidlərimizin dəfni zamanı sanki naməlum istiqamətdən yönəldilmiş bir qrup şəxsin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd edərək hüquq mühafizə orqanlarından belə şəxsləri həmin mərasimlərə buraxmamağı xahiş edirlər.

Daxili İşlər Nazirliyinin Mətbut Xidmətinin bölmə rəisi Zeyni Hüseynov KONKRET.az-a bildirib ki, sosial şəbəkələrdəki qeyd olunan müraciətlərin müəlliflərinə vətəndaş mövqeyi sərgilədikləri üçün təşəkkür edir və onların narahatlıqlarını anlayışla qarşılayırıq:

“Bildirim ki, şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları orada baş verənləri müşahidə edirlər. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar. Lakin, mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*