Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunacaqbackend

Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunacaq

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunun Hunanlar kənd sakini olub.

KONKRET.az-ın məlumatına görə, onun sabah dünyaya göz açdığı Hunanlar kəndində dəfn olunacağı bildirilir.

Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini davam etdirir./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*