Ötən il ordumuz tərəfindən aparılan antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət koma vəziyyətinə düşərək şəhidlik zirvəsinə ucalan Hacıəli Qasımov dəfn olunub.
KONKRET.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.
15:40
Şəhid Hacıəli Qasımovla vida mərasimi keçirilir.
KONKRET.az-ın məlumatına görə, H. Qasımovun cənazəsi Tovuz rayonunun Qaraxanlı kəndində yaşadığı evə gətirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.
Şəhid Qaraxanlı kənd qəbiristanlğında torpağa tapşırılacaq.
Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Qasımov Hacıəli Tahir oğlu ötən ilin sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanıb və ötən gün şəhid olub.