Şəhid olan hərbi qulluqçumuz Ağstafada dəfn edildi – FOTO + YENİLƏNİBbackend

Şəhid olan hərbi qulluqçumuz Ağstafada dəfn edildi - FOTO + YENİLƏNİB

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu Ağstafada dəfn edilib.

KONKRET.az xəbər verir ki, şəhid olan hərbi qulluqçumuz, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə anadan olduğu Ağstafanın Xətai kəndində vida mərasimi keçirilib. Daha sonra şəhidimiz Ağstafa rayon şəhidlər xiyabanında dəfn edilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

10:47

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-cü il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.

KONKRET.azxəbər verir ki, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Şəhid əsgər Ağstafada dəfn edildi - FOTOLAR (YENİLƏNİB)

Şəhid əsgər Ağstafada dəfn edildi - FOTOLAR (YENİLƏNİB)

Şəhid əsgər Ağstafada dəfn edildi - FOTOLAR (YENİLƏNİB)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*