Şəhid Orxan Rəhimovun 30 illik yubileyi qeyd olunub – FOTOLARbackend

Şəhid Orxan Rəhimovun 30 illik yubileyi qeyd olunub - FOTOLAR

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz  xatirəsi hər zaman hörmət və ehtiramla yad edilir.  

KONKRET.az xəbər verir ki, bu dəfə isə torpaqlarımızın düşmən tapdağından azad edilməsində əvəzsiz xidmətləri olan, vətənini öz canından üstün tutaraq şəhidlik zirvəsinə ucalan Orxan Rəhimovun 30 illik yubileyi qeyd olunub.

Sumqayıt şəhərində yerləşən Nəriman Nərimanov mədəniyyət evində keçirilən tədbirdə ictimai xadimlər, ziyalılar və şəhidin yaxınları iştirak ediblər.

Tədbirdə şəhid Orxan Rəhimovun keçdiyi döyüş yolundan və qəhrəmanlığından bəhs olunub.

Xatırladaq ki, 2021-ci il iyunun 28-də Laçın rayonu ərazisində hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində şəhid olan Rəhimli Orxan Elxan oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Tədbirdə çəkilən fotoları təqdim edirik:

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*