Şəhid qardaşı ölməyib, xəstəxanadadır – Atası danışdı – YENİLƏNİBbackend

Şəhid qardaşı ölməyib, xəstəxanadadır - Atası danışdı - YENİLƏNİB

Vətən müharibəsi şəhidi Bəhruz İsgəndərovun qardaşı Pərviz İsgəndərovun yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 

KONKRET.az xəbər verir ki, bu barədə Pərviz İsgəndərovun atası Abbas İsgədərov məlumat verib.

“Oğlum özəl xəstəxanalardan birindədir. Əməliyyat edilib və hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur”, – deyə A.İsgəndərov bildirib. /Publika

***

18:38

Gəncədə bədbəxt hadisə qeydə alınıb.

KONKRET.az-ın məlumatına görə 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq P. İsgəndərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*