Şəhid xəbəri yayılmışdı, sağ olduğu üzə çıxdıbackend

Şəhid xəbəri yayılmışdı, sağ olduğu üzə çıxdı

“Şəhid xəbəri yayılmış qaynım baş leytenant Ağayev Rəsul Avtandil oğlu bir neçə saat öncə sağ-salamat tapılıb”.

KONKRET.az xəbər verir ki, bu barədə YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov bildirib. Onun sözlərinə görə, hazırda R.Ağayevin təxliyəsi davam edir.

Antiterror əməliyyatı zamanı şəhid xəbəri yayılan XTQ-nin 28 yaşlı zabiti,  baş leytenant Ağayev Rəsul Avtandil oğlu 3 günlük axtarışlardan sonra ayağından yaralı halda bataqlıq ərazidən tapılıb. Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqları yerdə tapmayıblar… Yaralı Rəsul sürünərək yerini dəyişibmiş.

Qeyd edək ki, Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev ailəlidir, iki övladı var.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*