Şəhidin yeganə övladı atasına qovuşdu – FOTObackend

Şəhidin yeganə övladı atasına qovuşdu - FOTO

Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, şəhidin oğlu Murad Əkbərzadə ürək çatışmazlığından vəfat edib.

“Ata-bala qovuşdular. Allah rəhmət eləsin”, – E.İslamoğlu bildirib.

Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*