Səidə Sultan səhnədə çətin anlar yaşadı – VİDEObackend

Səidə Sultan səhnədə çətin anlar yaşadı - VİDEO

Müğənni Səidə Sultanın konsertdə başına iş gəlib.

KONKRET.az xəbər verir ki, sənətçi ifası zamanı xanım pərəstişkarlarından biri səhnəyə çıxaraq, onu bərk-bərk qucaqlamağa başlayıb.

Səidə bir-iki dəfə cəhd göstərib xanım fanatının qucağından çıxmaq istəsə də, qarşı tərəf onu buraxmayıb.

Bunu görən mühafizəçilər S.Sultanın köməyinə gəlib. Çətinliklə də olsa onlar xanımı müğənnidən ayıra biliblər. Bundan sonra həmin fanat daha bir cəhdlə Səidənin yanına qaçmaq istəsə də, mühafizəçilər onu səhnədən endirə biliblər.

Həmin anlar isə lentə alınaraq konserti izləməyə gələn tamaşaçılar tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*