Şəkidə avtoservis yandı – FOTObackend

Şəkidə avtoservis yandı - FOTO

Şəkidə avtoservisdə yanğın olub.

KONKRET.az xəbər verir ki, yanğın şəhərin Sarabski küçəsində yerləşən avtoservisdə qeydə alınıb.

Yanğın zamanı avtoservisin daxilində olan 7 avtomobil təmiri sexi içərisindəki avadanlıqlarla birlikdə yanıb. Sexlərdən birində olan “VAZ-2107” markalı avtomobil də yanaraq kül olub.

Hadisə yerində Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*