Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, qəza Şəki-Qax avtomobil yolunun Qoxmuq kənd ərazisindən keçən hissəsində olub.
Hərəkətdə olan “Mercedes” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.
Nəticədə iki nəfər, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov aldığı bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.