Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkət bərpa olundu – YENİLƏNİBbackend

Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkət bərpa olundu - YENİLƏNİB

Gəncə şəhəri və ətraf bölgələrdə yağan yağış bir sıra fəsadlar yaradıb.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində rayonun Aşıqlı kəndi ilə rayon mərkəzini birləşdirən hissəsini sel suları basıb.

Nəticədə Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobilərin hərəkəti dayanıb.

Bundan başqa sel yolun hərəkət hissəsinə daş parçaları və ağac qırıqları gətirib.

Hazırda əraziyə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

Yolun açılması istiqamətində işlər gedir.

***

Göygöldə avtomobil yolunda sel sularının yaratdığı fəsadlar səbəbindən yaranmış problem həll olunub, nəqliyyatın hərəkəti bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*