Semenovski: “Rusiya Ermənistanın hərəkətlərinə səssiz qalmayacaq”backend

Semenovski: "Rusiya Ermənistanın hərəkətlərinə səssiz qalmayacaq"

“Alen Simonyanın və digər şəxslərin bəyanatları Ermənistanın dar diametrli qərbyönlü xarici siyasətini əks etdirir. Bu baxımdan Rusiyanın mənfi reaksiyası getdikcə artır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq və ictimai hüquq kafedrasının dosenti İqor Semenovski bildirib.

Onun sözlərinə görə, Rusiya öz müttəfiqi və qardaş xalqı olan Ermənistanın indiki hakimiyyətinə biganə qala bilməz. “İfrat Qərb dəyərləri bu ölkənin suveren dövlətçiliyinə böyük təhdidlər yaradır.

Bu şəraitdə Ermənistan xalqı indiki rəhbərliyin girovuna çevrilir və ölkə nəinki ərazilərini, həm də mədəni dəyərlərini, nüfuzunu, tarixən məskunlaşdığı yerləri və üstəlik, region ölkələrinin hörmətini itirir.

“Ukraynadakı münaqişə ilə bağlı oxşar mövqeni digər postsovet ölkələri ifadə etsə də, niyə Ermənistanın Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsinə belə mənfi reaksiya verilir?”, – dualına politoloq belə cavab verib:

“Rusiyanın mənfi reaksiyası Alen Simonyanın İspaniyanın Palma şəhərində səsləndirdiyi bir sıra tezislərlə bağlı olub. Əslində o, Rusiya dövlətini Ermənistana qarşı təhdid və dezinformasiya kampaniyası təşkil etməkdə günahlandırıb ki, bu, müttəfiqlərdən daha çox ABŞ, Kanada, Aİ ölkələri və bir sıra digər dost olmayan ölkələr üçün tipik klişedir. Bunun ardınca Rusiyanın bu ölkəyə hibrid hücumu ilə bağlı bəyanatlar yayıldı ki, bu da 2020-ci ildə və sonrakı illərdə Azərbaycanın Ermənistana hücumunda Rusiyanın şərikliyi ittihamlarının faktiki davamına çevrildi.

Təbii ki, Rusiya tərəfi ölkələr arasında şifahi razılaşmaların və yazılı razılaşmaların bütün spektrinə arxalanaraq belə ritorikaya səssizcə riayət etmək niyyətində deyil.

Təbii ki, bu hücumlar silsiləsində son damla Alen Simonyanın Ukrayna rejimini himayə edən və silahlandıran liderlərin gözü önündə rus dilində Ukraynaya güclü dəstək haqqında açıq-aşkar nümayişkaranə və məlum olduğu kimi təxribatçı sözləri oldu. Bu baxımdan sual yaranır: o zaman Ermənistan rəhbərliyi KTMT üzrə müttəfiqi Rusiyanın ərazi bütövlüyünü dəstəkləyirmi?

Rusiya və Ermənistanı təkcə 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsi deyil, həm də bu il 10 illiyi tamam olan 2014-cü il Aİİ haqqında Müqavilə, 1997-ci il Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi və Müttəfiqlik Bəyannaməsi də bağlayır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*