Şəmkirdə birmərtəbəli ev yanaraq külə döndübackend

Şəmkirdə birmərtəbəli ev yanaraq külə döndü

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan talvarın taxta atmaları yanıb.

Bu barədə KONKRET.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd olunub ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı əriyib.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*