Şəmkirdə 38 yaşlı kişi ürək tutmasından vəfat edib.
KONKRET.az-ın məlumatına görə, hadisə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkir Rayon Yanğından Mühafizə Bölməsində qeydə alınıb.
Qurumun əməkdaşı, 1984-cü il təvəllüdlü Coşqun Ələkbərovun səhhəti qəfildən pisləşib. Dərhal təcili yardım çağırılıb, müayinə zamanı onun öldüyü məlum olub.
İlkin məlumata görə, 38 yaşlı C.Ələkbərov ürək xəstəliyindən əziyyət çəkirmiş.
