Şəmkirdə polis yol qəzasında öldübackend

Şəmkirdə polis yol qəzasında öldü

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi “Fiat Doblo” avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*