Şən və hazırcavab siyasətçilərbackend

Şən və hazırcavab siyasətçilər

Bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski 90-cı illərin ŞHK (KVN) ulduzu Sergey Sivoxonu Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müşaviri təyin etdi. Hazırda sosial şəbəkələrdə prezidentin qərarının müzakirəsi davam edərkən, biz siyasətə baş vuran digər ŞHK ulduzlarını xatırlamağı qərara aldıq.

Vladimir Zelenski, Ukrayna Prezidenti – hələ orta məktəb illərindən ŞHK-da oynamış, daha sonra Ali Liqada oynayan “95-ci məhəllə” komandasını qurub.

Sergey Sivoxo, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müşaviri – bir çox ŞHK komandalarının üzvü olmuş, oyunlar tarixində ilk musiqi parodiyalarını ifa etmiş, daha sonra şou-biznesə gedib.

Yuri Kostyuk, Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini – ŞHK-da “Yığma KPI” komandasında oynamış, sonra “95-ci məhəllə” komandasının layihələrində ssenarist kimi çalışıb.

Sergey Şefir, Ukrayna Prezidentinin birinci köməkçisi – Müxtəlif ŞHK komandaları üçün ssenarilər yazmışdı, sonra isə “95-ci məhəllə” komandası qurucularından biri olub.

German İvanov, Murmansk Regional Dumasının deputatı – ŞHK-da “Murmansk” komandası nın lideri olmuşdu, siyasi karyerasına baxmayaraq, oyunlarda iştirakını dayandırmayıb.

Sanhacı Tarbayev, Kalmıkiya başçısının Rusiya prezidenti yanında daimi nümayəndəsi – Rusiya Xalqlar Dostluğu Universitetinin ŞHK-da komandasının kapitanıdır, 2006-cı ildə Ali Liqanın çempionu olub.

Hayk Marutyan, İrəvanın meri – Universitetdə oxuyarkən “Erməni Layihəsi” komandasında oynamışdı, sonra ssenari yazmağa və komediya filmlərində və seriallarda rol oynamağa başlayıb.

Vladimir Leonov, Tatarıstan Respublikasının idman naziri – ŞHK-da “Dörd Tatar” komandasının ilk üzvlərindən olmuşdu, 1999-cu ildə Ali Liqanın çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*