Respublikaçı senatorlar Marko Rubio və Ças Qrassli Rusiyanın bütün dövlət müəssisələrinə qarşı genişmiqyaslı sanksiyaların tətbiqini nəzərdə tutan” QƏHRƏMANLARA EŞQ OLSUN!” qanun layihəsini təqdim ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə senator Rubionun saytındakı bəyanatda deyilir.
Qanun layihəsinin tam adı “Rusiya oliqarxlarının və Moskvanın sənaye müttəfiqlərinin öz rəzil bədxahlığından xaricdə istifadə etmək üçün zənginləşməsinin dayandırılması” və ya bu başlığın qısaldılmış ingilis abreviaturası olan “Qəhrəmanlara eşq olsun”dur.
Belə ki, sanksiyalar Vladimir Putinin müharibələrini maliyyələşdirmək üçün Moskvaya məxsus və ya ona nəzarət edən şirkətlərin Amerika kapital bazarına çıxışına qadağa qoyulmasını nəzərdə tutur. Söhbət Rosneft, Qazprom, Rosatom, Aeroflot və RT kimi şirkətlərdən gedir.
“Putin Moskvanın nəzarətində olan dövlət korporasiyalarından əldə etdiyi vəsaitlə Rusiyanın döyüş maşınına aktiv şəkildə yanacaq verir. Qaniçən diktator Ukraynaya hücum edəndə heç bir Rusiya dövlət müəssisəsinin Amerika kapitalına çıxışı olmamalıdır”, – Rubio bildirib.
Sevinc Paşayeva,
KONKRET.az
