İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində 220 min litr qaçaqmal yanacaq daşıyan gəmini ələ keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Hörmüzqan vilayətinin ədliyyə idarəsinin rəisi Müctəba Qəhrəmani bildirib.
Qəhrəmani qeyd edib ki, qaçaq yanacaq daşıyan gəmiyə qarşı əməliyyatı İnqilab Keşikçiləri həyata keçirib. Gəmidə olan 11 xarici ölkə vətəndaşı həbs olunub və 220 min litr qaçaq yanacaq müsadirə edilib.
İqbal Rzayev,
KONKRET.az
