Separatçı erməni hərbçi Azərbaycan ərazisində SAXLANILDIbackend

Separatçı erməni hərbçi Azərbaycan ərazisində SAXLANILDI

Qarabağda qanunsuz birləşmənin erməni hərbçisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib və nəzarətə götürülüb.

KONKRET.az xəbər verir ki, bu gün səhər saatlarında Qarabağda qanunsuz birləşmənin erməni hərbçisi M.M. (2000-ci il təvəllüdlü) Xocavənd rayonunun Aşan kəndi yaxınlığında azıb və Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib. O nəzarətə götürülüb.

Burunla bağlı dərhal Rusiya sülhməramlılarına hadisə barədə məlumat veriblər. Hazırda sülhməramlılar erməni yaraqlısının geri qaytarılması ilə bağlı danışıqlar aparır.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*