Separatçılar özlərinə quldurbaşı seçəcək: Arayik Arutyunyan referendum qərarı verdibackend

Separatçılar özlərinə quldurbaşı seçəcək: Arayik Arutyunyan referendum qərarı verdi

“Arayik Arutyunyan “Artsax”da referendum keçirəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, “Artsax”da daxili vəziyyət gərginləşib: “Bir tərəfdən Samvel Babayan və Ruben Vardanyanın simasında müxalifət qüvvələri fəallaşıb. Eyni zamanda Babayan dövlət nazirinin təyin olunmasını tələb edir. Digər tərəfdən, daxildə sakitlik yoxdur. “Artsax Milli Assambleyası”nın spikeri də tələb səsləndirib: “Arayik Arutyunyan ya istefa verib yeni seçkilərə getməlidir, ya da etimad referendumu keçirilməlidir”.

HAŞİYƏ: “Görünən odur ki, faktiki mövcud olmayan və heç bir siyasi ambisiya ilə çıxış edə bilməyən qondarma rejimin separatçıları arasında gərginlik və intriqa hökm sürür. Elə bunun nəticəsidir ki, separatçıların rəhbəri Arayik Arutyunyan çıxılmaz vəziyyətdə qalıb və öz mövqeyini qoruyub saxlamaq üçün separatçılar arasında referendum keçirmək qərarına gəlib. Ancaq separatçılar anlamalıdırlar ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan, eləcə də sərhədlərin delimitasiya və demarkasiyası aparıldıqdan sonra onların varlığı böyük sual altına düşəcək. Yəni onsuz da heç bir hüquqi statusa malik olmayan separatçılar ya antiterror əməliyyatları ilə məhv ediləcək, ya da Ermənistana qaçmaq məcburiyyətində qalacaq.

Qəzet yazır ki, bir neçə gün əvvəl Arutyunyan məsləhətləşmələrin başlandığını və müxalifət qüvvələrinin nümayəndələrinin, o cümlədən Samvel Babayan və Ruben Vardanyanın daxil olacağı yeni qurumun formalaşdığını elan etmişdi. Lakin məsləhətləşmələr nəticəsiz qaldı və siyasi qüvvələr bir masa arxasında əyləşə bilmədi. Məlum olub ki, Arayik Arutyunyan etimad referendumunun keçirilməsi təklifi ilə çıxış etməyə hazırlaşır və o, bu barədə qərar verib. Yaxın bir-iki ayda referendum təşkil olunacaq. Bundan sonra separatçıların özlərinə quldurbaşı kimi Arutyunyanı seçib-seçməyəcəyi müəyyənləşəcək”, – Hraparak yazıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*