Separatçılar Xankəndidə qondarma “Rusiya Mərkəzi” AÇDI – VİDEObackend

Separatçılar Xankəndidə qondarma “Rusiya Mərkəzi” AÇDI - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində sülhməramlıların müvəqqəti məsuliyyət zonasında separatçılar qondarma “Rusiya Mərkəzi” açıblar.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası xəbər tirajlayır.

Açıq -aşkar görünür ki, İran Zəngəzura, Rusiya Qarabağa “meyllənib”. Rusiyaya inteqrasiya cəhdləri davam edir.

Ermənistan parlamentinin deputataları hazırda Xankəndidə qanunsuz səfərdədirlər. Azərbaycanlılara fobiyası olan Arman Abovyan sülhməramlıların gözü qarşısında  Qarabağa gəlib və onlar da bunu görməməzlikdən gəliblər.

Cinayətkar Arayik Arutyunyan “Rus Mərkəzi” adı altında yaradılan nəyinsə açılışını edib. Hələ bilmək olmaz bu “mərkəz” hansı məqsədlə açılıb və kimə xidmət edəcək.

Ruslar “mərkəz”lərinin sayını 10-a çatdırmaq fikrindədirlər, Qarabağın ermənilərin məskunlaşdığı hər yerində bu cür mərkəzlər açmaq planlaşdırılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*