Sərdar Cəlaloğlunun şikayəti əsasında 4 məntəqədə nəticələr ləğv edildibackend

Sərdar Cəlaloğlunun şikayəti əsasında 4 məntəqədə nəticələr ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Məmmədov Sərdar Cəlal oğlunun müraciətinə baxılıb.

KONKRET.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçilər pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 10, 19, 28, 29 saylı məntəqələrdə pozuntular müəyyən olunub. Bu baxımdan həmin məntəqələrin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin olunmalıdır.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*