Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı davam etdirilir.
KONKRET.az Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat zamanı müğənni Mabel Matiz, aktrisalar – Serenay Sarıkaya, Feyza Civelek, və akytor Onur Tuna da olmaqla 25 tanınmış şəxs saxlanılıb.
Məlumata görə, əməliyyat narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə bağlı aparılan araşdırma çərçivəsində həyata keçirilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
