Sergey Lavrov: “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşü olacaq”backend

Sergey Lavrov: "Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşü olacaq"

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Konsensusun olması üçün görüşə hazırlaşanların hamısının bununla razılaşması lazımdır. Əminəm ki, belə bir görüş baş tutacaq”, – o, mətbuat konfransında deyib.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli sammitinin “müəyyən mərhələdə zəruri olacağını, lakin bunun üçün bütün tərəflərin razılığı tələb olunduğunu” bildirmişdi.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*