Sergey Narışkin: “Vaşinqton MDB-də  yeni planlar hazırlayır”backend

Sergey Narışkin: “Vaşinqton MDB-də  yeni planlar hazırlayır”

“Vaşinqtonun Asiya, Afrika və Latın Amerikasından olan bir sıra tərəfdaşları Ukraynada “xüsusi hərbi əməliyyat” zamanı Moskvadan işi yarımçıq dayanmamağı xahiş ediblər”.

KONKRET.az xəbər verir ki, bunu  Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində deyib. Narışkin həmçinin diqqəti Qərbin “öz müqəddəs inəklərini” sözün əsl mənasında kəsdiyinə, o cümlədən eyni şəxsi mülkiyyətin toxunulmazlığı qanununa da yönəldib: “Hamı başa düşür ki, istənilən dövlət Rusiyanın yerini tuta bilər”, -deyə Narışkin əlavə edib. Daha sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, Vaşinqton MDB ölkələrində Ukrayna ssenarisinə bənzər yeni planlar hazırlayır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*