“Sərhəddəki gərginliyi aradan qaldırmaq üçün Ermənistan bəzi “güzəştlərə” razılıq verib”.
KONKRET.az xəbər verir ki bu barədə erməni teleqram kanalları məlumat yayıb.
Məlumata görə, bu gün rus sülhməramlılarının komandiri general Rüstəm Muradov Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyanla görüşmək üçün nazirliyə gedib.
Erməni mətbuatı yazır ki, Rüstəm Muradov mayın 24-də Bakıda olub və Azərbaycan tərəfi ilə danışıqlar aparıb, tələblərini dinləyib. Daha sonra sərhəddəki gərginliyi yoluna qoymaq məqsədilə Azərbaycan tərəfinin tələblərini qarşı tərəfə çatdırmaq üçün İrəvana gedib.
Mətbuatın yazdığına görə, Rusiyanın vasitəçiliyi ilə sərhəddə gərginliyin qarşısını almaq, məsələni sülh yolu ilə həll etmək üçün Ermənistan tərəfi bəzi “güzəştlərə“ getməyə razı olduğunu bildirib. Muradov bundan sonra Müdafiə Nazirliyindən ayrılıb və Milli Təhlükəsizlik Xidmətinə gedib. Hal-hazırda isə danışıqlar Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla davam edir.
Xuraman Etibarlı
KONKRET.az
