Yeni sədr müavini kimdir? – Dosyebackend

Yeni sədr müavini kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov vəzifəsindən azad olunub, digər sərəncamla onun yerinə Səbuhi Əliyev təyin edilib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, S.Əliyev 1983-cü ildə anadan olub, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2004-2005-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olub.

S.Əliyev 2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb, 2019-cu ildə Vergilər Nazirliyində fəaliyyət göstərib, 2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərib, 2019-2024-cü illərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb, 19 avqust 2024-cü ildən 13 aprel 2026-cı ilə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini vəzifəsində işləyib, 14 aprel 2026-cı ildən 24 avqust 2026-cı ilə qədər Dövlət Statistika Komitəsi sədrinin müşaviri, 24 avqust 2026-cı ildən 7 oktyabr 2026-cı il tarixinə qədər Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.

O, dövlət qulluğunun baş müşaviridir, ölkə Prezidentinin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*