“Sərhədlər 1991-ci il Almatı bəyannaməsinə əsasən müəyyən edilib” – Paşinyan YENƏ YALAN DANIŞIRbackend

"Sərhədlər 1991-ci il Almatı bəyannaməsinə əsasən müəyyən edilib" - Paşinyan YENƏ YALAN DANIŞIR

“Ermənistan və Azərbaycanın sərhədləri 1991-ci il Almatı bəyannaməsinə əsasən müəyyən edilib”.

KONKRET.az xəbər verir ki, bunu Nikol Paşinyan sentyabrın 14-də Ermənistan parlamentinin iclasında deyib. O bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyən edilməməsi iddiası doğru deyil.

Onun sözlərinə görə, siyasi xəritələrin hüquqi əsasları olmalıdır, əks halda bu, “xəritə deyil, rəsmdir”.

“Ermənistan və Azərbaycan SSR-ni bir-birindən ayıran sərhədlər 1991-ci ildə imzalanmış MDB-nin məqsəd və prinsipləri haqqında Almatı bəyannaməsinə uyğun olaraq müəyyən edilib. Ona görə də sərhəd var və o, iki mərhələdə pozulub: 2021-ci ilin mayında və indi. Ermənistan isə öz suverenliyini qorumaq üçün bütün diplomatik və hərbi-siyasi üsullardan istifadə etməlidir”, – Paşinyan deyib.

Ermənistanın Baş naziri əlavə edib ki, döyüşlər nəticəsində Azərbaycan Ermənistanın bəzi əraziləri üzərində nəzarəti bərqərar edib.

P.S. Paşinyan növbəti dəfə yalan danışır, hamını aldatmağa çalışır. Bunun da nəticəsi onların özləri üçün fəlakətlidir.

Ermənistan sovet sərhədini tanıyIrsa, Qarabağı avtomatik və qeyd-şərtsiz Azərbaycan ərazisi kimi tanımalıdır.

Əgər Ermənistan bütün hərəkətləri və bəyanatlarından da göründüyü kimi, Qarabağı Azərbaycan ərazisi kimi tanımırsa, o zaman sovet sərhədlərinə istinad etmək də mənasızdır. 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*