Sərxoş ermənilər Azərbaycan postuna HÜCUM ETDİLƏRbackend

Sərxoş ermənilər Azərbaycan postuna HÜCUM ETDİLƏR

Sərxoş ermənilər Azərbaycan postuna hücum ediblər.

KONKRET.az xəbər verir ki, bu gecə Zəngilan istiqamətində kiçik sərhəd insidenti baş verib.

Belə ki, Ermənistanın “Yerkrapa” könüllülərinin hərbiləşdirilmiş birliyinin üç üzvü göstərilən istiqamətdə Azərbaycan postlarından birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra erməni silahlıları mövqemizi atəşə tutublar.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.

Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib,

“Yerkrapa” könüllülərinin sərxoş vəziyyətdə olduğunu və belə hərəkət komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd ediblər.

İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*