Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.
Bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.
Bildirilib ki, hazırda seçki bülletenlərinin 89.27 faizi sayılıb.
İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:
Rəcəb Tayyib Ərdoğan – 50,13%
Kamal Kılıçdaroğlu – 44,09%
Sinan Oğan – 5,31%
***
22:55
Seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumu məlumat yayıb.
Bildirilib ki, hazırda seçki bülletenlərinin 81.44 faizi sayılıb.
İndiki nəticəyə görə prezidentliyə namizədlərin səsləri:
Rəcəb Tayyib Ərdoğan – 50,60%
Kamal Kılıçdaroğlu – 43,60%
Sinan Oğan – 5,31%
***
22:18
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 65,72 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51,43 faiz səslə öndədir.
KONKRET.az xəbər verir ki, ikinci yerdə 42,74 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində səsvermə bülletenlərinin 45,28 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 38,08 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 22,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 11,86 faiz, İYİ Partiya 9,71 faiz, Yaşıl Sol Partiya 8,10 faiz səs toplayıb.
***
21:08
Türkiyədə seçki qutularının 40,04%-i açılıb.
Son məlumata görə:
Rəcəb Tayyib Ərdoğan: 52,70%,
Kamal Kılıçdaroğlu: 41,39%,
Sinan Oğan: 5,36%.
***
20:47
Hazırda səsvermə bülletenlərinin 32,26 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,37 faiz səslə öndədir.
İkinci yerdə 40,68 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə 5,39 faiz səslə Sinan Oğan qərarlaşıb.
***
20:00
Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.
KONKRET.az xəbər verir ki, Türkiyə Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edib.
Belə ki, səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səslə irəlidədir.
35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ikinci yeri tutub. Üçüncü yerdə isə 5,21 faiz səslə “Ata İttifaqı”nın namizədi Sinan Oğan qərarlaşıb.
