Konkret.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Nur-Sultan şəhər Məhkəməsi Şokan Abılkasımova hökm oxuyub. O, Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin 3-cü hissəsi (“Bir qrup şəxs tərəfindən zorlama, ehtiyatsızlıqdan, zərərçəkmişə ağır bədən xəsarəti yetirməyə səbəb olan zorlama”) və Cinayət Məcəlləsinin 121, 3-cü hissəsi (“Seksual xarakterli zorakı hərəkətlər”) maddələri ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə zərərçəkmiş şəxsin mənəvi ziyana görə iddiasını qismən təmin edib. Tələb olunan 20 milyon təngənin əvəzinə ona 1.5 milyon təngə təzminat ödəniləcək. Həmçinin məhkum ona dəymiş maddi ziyan kimi 133 min təngə kompensasiya verəcək.
Müstəntiqlərin bildirdiyinə görə, 23 iyun 2017-ci ildə Şokan Abılkasımov keçmiş sevgilisi Saina Raisovanı rəfiqəsi ilə təcavüz etdiyi mənzilinə aparıb. Qız üçüncü mərtəbənin pəncərəsindən atmaqla qaçmaq istəsə də, sağ ayağını və çanaq nahiyəsini sındırıb.
Saina deyib ki, fiziki ağrılarla yanaşı, o, cinayətkarın daim təzyiqi altında olub. Şokan Abılkasımov iki il beynəlxalq axtarışda olub. Bütün bu müddət ərzində Saina daim hədə qorxu altında hədələnib.
İldırım Musayev