“Sevilya” – “Qarabağ” oyununda Al-Hakim baş hakim olacaqbackend

"Sevilya" - "Qarabağ" oyununda Al-Hakim baş hakim olacaq

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Sevilya” – “Qarabağ” matçının hakimlərinin adları bəllidi.

KONKRET.AZ-ın UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Sevilyada baş tutacaq görüşdə Mohammed Al-Hakim baş hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.

Qeyd edək ki, “Ramon Sançes Pisxuan” stadionunda reallaşacaq duel noyabarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Fanat.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*